7 May 2014 14:01
469

Ukraynanın Donetsk vilayətində yerləşən Torez şəhərində talançılıq baş verib.

Belə ki, 50-yə yaxın separatçı gündəlik qəzetlərin birinin redaksiyasına daxil olaraq, binada olan avadanlıqları dağıdaraq, yarasız hala gətiriblər.

Qəzet rəhbərliyinin yerli mətbuata verdiyi məlumata görə, bir neçə gün öncə onların redaksiyasına qondarma Donetsk respublikasının nümayəndələri gələrək, qanunsuz elan etdikləri respublika haqda qəzetdə məlumatların dərc olunmasını tələb ediblər.

“Rədd cavabı alınca isə: “Peşman olacaqsınız” deyib, redaksiyanı tərk ediblər.

Görünür, bu gün bizi belə peşman etməyə qərar verilib”, - deyə redaksiyadan bildirilib.

Ülviyyə


Müəllif: