7 May 2014 18:07
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım Muxtar Respublikasında yaşayan və Rusiya vətəndaşlığından imtina edən tatarlar işdən azad edilir.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov "İctimai Televiziya"ya müsahibəsində bildirib.

"Krımda vəziyyət cansıxıcıdır. Hər addımda sənədləri yoxlayırlar. İnsanlar bilmirlər ki, nə etsinlər. Rusiya vətəndaşlığına keçmək istəməyən Krım tatarlarını buna məcbur edirlər. Çünki onlar Rusiya vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə işə düzələ bilməyəcəklər", - Cəmilov deyib.

"Rusiya pasportu almaqdan imtina edənlər işdən çıxarılırlar. Tatarların mülkiyyət hüququ da sual altındadır", - Cəmilov vurğulayıb.

Nihad


Müəllif: