8 May 2014 11:18
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada suriyalılar ilə məhəllə sakinləri arasında dava baş verib. Hadisə zamanı çoxlu sayda vətəndaş və 4 polis yaralanıb.

Hadisə gecə saatlarında Ankaranın Altındağ məhəlləsində baş verib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Hacılar Məhəlləsi 882. küçəsində yaşayan bir neçə Suriya vətəndaşı 15 yaşlı məhəllə sakinini naməlum səbəbdən döyüblər.

Hadisəni eşidən məhəllə sakinləri davaya qarışıblar.

Nəticədə yerli sakinlərlə suriyalılar arasında dava başlayıb. Məhəllə sakinləri suriyalıların məskunlaşdığı evə od vurublar. Davanın böyüməsi polisin müdaxiləsi ilə nəticələnib.

Hadisə nəticəsində 4 polis əməkdaşı və çoxlu sayda vətəndaşın yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.

Həyəcan siqnalı ilə hadisə yerinə gələn xilasetmə qrupları yanan evi evi söndürməyə müvəffəq olub.

Yaşanan gərginlik nəticəsində onlarla vətəndaş nəzarətə alınıb.

Ülviyyə


Müəllif: