Siz ən böyük axtarış-əməliyyat sistemi olan "Google"da normal kəlimələr yazaraq hər hansı məlumat əldə edə bilərsiniz. Ancaq bu sistemdə bəzən təəccüb və gülüş doğuran axtarışlar da olur.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, internet istifadəçilərinin "Google" axtarışlarının təəccüb doğuran siyahısı açıqlanıb. Dünyanın müxtəlif ölkərindən olan internet istifadəçilərini öyrənmək istədiyi məlumatlar heç də sıradan deyil. "Google"da törətdiyi cinayəti ört-basdır etməyin yollarından tutmuş pişiyinin sevgisini ölçməyə qədər daha nələr, nələr... axtarılır...
Teleqraf.com təəccüb doğuran həmin siyahını tədim edir:
1. Axtarılan söz: "Kişilərin niyə döşü var" - 18 min dəfə
2. Axtarılan söz: "Şaxta baba gerçəkdi" - 60 min 500 dəfə
3.Axtarılan söz: "Bir şeyi necə "Google" edə bilərəm" - 4 min 500 dəfə
4. Axtarılan söz: ""Google" necə istifadə edə bilərəm" - 1000 dəfə
5. Axtarılan söz: "İşimə nifrət edirəm" - 22 min dəfə
6. Axtarılan söz: "Lotoreyanı necə uda bilərəm?" - 40 min dəfə
7. Axtarılan söz: "Niyə evləndim?" - 60 min dəfə
8. Axtarılan söz: "Cinayətdən necə qaça bilərəm?" - 2 min dəfə
9. Axtarılan söz: "Ona necə sevgili olmağı təklif edə bilərəm?" - 15 min dəfə
10. Axtarılan söz: "İncitdiyim bir insanın könlünü necə ala bilərəm?" - 10 min
11. Axtarılan söz: "Pişik sevgisi" - 110 dəfə
12. Axtarılan söz: "Lady Gaga kişidir?" - 18 min dəfə
13. Axtarılan söz: "Lady Gaga lüt" - 135 min dəfə
14. Axtarılan söz: "Necə edim ki, pişiyim mıni çox istəsin?" - 390 dəfə
15. Axtarılan söz: "Bir cəsədi necə gizlədə bilərəm" - 1000 dəfə
Dəniz Əliyeva