8 May 2014 15:11
733

CHP rəhbərindən Tuncay Özkana üzvlük təklifi gəldi.

Muğlanın Ortaca vilayətinə gələn Tuncay Özkan sevənləri ilə görüşərək kitablarını imzaladı. Özkan, CHP vilayət rəhbəri olan Məhmət Sərtkayanın partiyaya qoşulma təklifinə "Niyə də olmasın?" dedi.
Ortaca Özalp Xan Oteldə təşkil olunan axşam yeməyinə qatılan Tuncay Özkanın həyat yoldaşı Duyğu Dikmenoğlunun yanında CHP-li Həsən Karaçelik , CHP-nin vilayət rəhbəri Mehmet Sertkaya, CHP Gənclik Qolları üzvləri də tək buraxmadı.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, pərəstişkarlari ilə söhbət edən Özkan , ölkədə birlik həsrətində olduğunu dilə gətirdi. Yeməkdən sonra Özkana partiyaya qatılmağı təklif edən CHP-li Mehmet Sertkaya, bir kağız verərək müqavilə imzalatdırdı. Tuncay Özkan " Niyə də olmasın? Amma belə qeydlərin ümumi mərkəzdən təsdiqlənməsi lazımdır. Bu başına bəla olmasın", - dedi.

Tuncay Özkanın CHP ilə bir problemi olmadığını vurğulayan Sertkaya, dəvət almadığını söyləyən Özkanın özünün dəvət etdiyini dilə gətirdi.

Sertkaya "Dünya görüşü etibarilə CHP-ye yaxın bir insansınız. Önümüzdəki günlərdə inşallah CHP üzvləri sıralarında olacağınızı görəcəyik" deyə, bildirib.


Müəllif: