15 Aprel 2014 21:45

Amerikan hava yollarına uçuşu ilə əlaqədar bir tvitlə şikayət edən sərnişin, şirkətin hesabından gələn cavab qarşısında çaş-baş qalıb.

ANS PRESS-in məlumatına görə, Elle adlı sərnişin ABŞ-ın Şimali Karolina ştatından Oregon əyalətinə Amerikan hava yolları ilə uçub. Uçuş vaxtı gecikən Elle, bu vəziyyəti şirkətin Twitter hesabına yazıb.

Şirkət Elleyə "şikayətinizi nəzərə aldıq Elle. Səyahətiniz sona çatıbsa, detalları onlayn formada qiymətləndirə bilərsiniz" şəklində cavab verib.

Şirkətlə onlayn əlaqəyə girən Elle bir təyyarənin içində baş verən pornoqrafik filmə və çılpaq bir qadın şəkilinə rast gəlib.

Amerikan hava yolları isə belə porno tvitə görə Elledən üzr istəyib.


Müəllif: