15 Aprel 2014 22:38

Hindistanın iki yüksək rütbəli siyasətçisi qalmaqallı bəyanatla çıxış edib. Siyasətçilərin fikrincə, son zamanlar artan zorlama hallarını diqqətdən kənarda saxlamaq olmaz və zorlanan qadınlar təcavüzkarla birgə asılaraq, edam olunmalıdır.

“Eyni zamanda, nikahdankənar cinsi münasibətləri olan qadınlar da edam olunmalıdır”.
Bu barədə NDTV telekanalına müsahibəsində Hindistanın Sosialist partiyasının üzvü Abu Azmi bildirib.

Partiya lideri Mulayam Sinqx Yadav isə bəyan edib ki, təcavüzdə ittiham olunan kişilərə qarşı əfv tətbiq olunmalıdır. “Kişi – kişidir. Onu bağışlamaq lazımdır”, - deyə, siyasətçi deyib.


Müəllif: