9 May 2014 14:24
516

Pakistanın cənubunda zəlzələ baş verib. Rixter cədvəli ilə 4,6 bal gücündə zəlzələ nəticəsində azı 2 nəfər ölüb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar Sind əyaləti yaxınlığında qeydə alınıb. Pakistan kütləvi-informasiya vasitələrinin məlumatına görə, zəlzələ nəticəsində Sind əyalətində yaşayış evlərinə ziyan dəyib. Əyalətdə fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, ötən ilin sentyabrında Pakistanın Bəlucistan əyalətində 7,8 bal gücündə zəlzələ 300-dən çox adamın həyatına son qoymuşdu.


Müəllif: