12 May 2014 00:36
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraqın Süleymaniyə şəhərində təxminən 11 ay əvvəl öldürülən 12 nəfərin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, aparılan araşdırmalardan sonra öldürülən şəxslərin hamısının taksi sürücüləri olduğu aşkarlanıb. Süleymaniyə polisinin verdiyi məlumata görə, sürücülərin "Əl-Qaidə" təşkilatı tərəfindən qətlə yetirildiyi güman olunur.

Kimliyi müəyyən olunan taksi sürücülərinin cənazələri ailələrinə təhvil verilib.

Qeyd edək ki, bu bölgədə daha əvvəl də qaçırılıb öldürülən 4 taksi sürücüsünün meyiti tapılmışdı.

Uğur


Müəllif: