16 Aprel 2014 10:50
575

Bu gün NATO-nun Şimali Atlantika Şurasının təcili toplantısı keçiriləcək.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, iclasda Ukraynadakı vəziyyətlə əlaqədar Avropa ölkələrinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi müzakirə ediləcək.

NATO baş katibi Anders Foq Rasmussen dünən bununla bağlı bildirib: "Biz hərbçilərdən mümkün tədbirlərlə bağlı təkliflər almışıq. Həmin təkliflərdən bəzilərini yaxın günlərdə, qalanlarını isə gələcəkdə reallaşdıra bilərik. İclasa bu təklifləri nəzərdən keçirib qərar qəbul edəcəyik".

İclasda NATO-nun Avropadakı qoşunlarının komandanı, ABŞ-lı general Filip Bridlavın təklifi müzakirə ediləcək. Mümkün tədbirlər kimi, birgə hərbi təlimlərin keçirilməsi və Şərqi Avropada qoşunların sayının artırılması nəzərdən keçiriləcək.

Nihad


Müəllif: