12 May 2014 10:47
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın yeni prezidentinin adı mayın 25-də prezident seçkilərinin ikinci turundan sonra bəlli olacaq.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, birinci turun nəticələrinə görə, hazırkı prezident Dalya Qribauskayte 45,89 % səs alıb. İkinci turda onun rəqibi hakim sosial-demokrat partiyasının nümayəndəsi Ziqmantas Balçitis olacaq (13,63%).

Qeyd edək ki, Dalya Qribauskaytenın reytinqi aşağı düşüb. Belə ki, 2009-cu il seçkiləri zamanı o, 69% səs almışdı. Buna baxmayaraq, hazırkı prezident bu dəfə də seçkinin favoriti ola bilib.

Nihad


Müəllif: