12 May 2014 16:30
844

Avropa Birliyinin komissarı Ştefan Füle gözlənilməz bəyanatla çıxış edib.

Belə ki, Brüssel Ukrayna vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə bundan sonra biometrik pasportlara sahib Ukrayna vətəndaşları Avropaya vizasız gedə biləcək.

Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk isə bəyan edib ki, biometrik pasportlar Rusiya vətəndaşlığı olan ukraynalılara verilməyəcək.

Ülviyyə


Müəllif: