13 May 2014 13:58
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur avstriyalı alim, tarixçi və etnoqraf Erix Fayql erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirir ki, Erix Fayql kitabında yazıb: "Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Ermənistanda yaşayanlardan daha radikal və sərt mövqedədirlər".

E.Fayql kitabında qeyd edib ki, erməni ekstremizmi nəticəsində İslamın itkiləri dəfələrlə böyük olub: "Lakin bu günə kimi heç kəs erməni terrorçularının təhriki ilə baş tutan iğtişaşlardakı müsəlman qurbanlarının taleyi haqqında soruşmur".

Sözügedən kitabla aşağıdakı linkdə tanış olmaq olar.

http://karabakh-doc.azerall.info/ru/armyanstvo/arm72/a_myth_of_terror_eng.pdf


Müəllif: