13 May 2014 15:49
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburq-Kiyev qatarında 3 şübhəli şəxs saxlayıblar.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalardan sonra şübhəli şəxslərin Ukrayna ərazisində mövcud olan qanunsuz silahlı qruplaşmaların üzvü olduğu üzə çıxıb. Saxlananlardan biri isə Vladimir Jirinovskinin rəhbəri olduğu Liberal Demokrat Partiyasının üzvü olub.

Sərhədçilər şübhəli şəxslərlin yükünü yoxladıqda onların çantalarında hərbi geyimlər aşkarlanıb. Fakt qarşısında qalan ruslar separatçıların qanunsuz hərbi birləşmələrində iştirak etdiklərini etiraf ediblər.

Hadisə yerin gələn Ukrayna prokurorluq orqanları hər üç şəxsin həbsinə sanksiya verib.


Müəllif: