13 May 2014 16:22
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya təhlükəsizliyinə aid olan gizli xidmət dünən yayımlanan videodakı görüntülərə baxmayaraq, təşkilatın lideri Əbubəkr Şekaunun öldüyünü açıqlayıb.

“Axar.az” xəbər verir ki, iddiaya əsasən, görüntülərdəki kişinin Boko Haram lideri olması qeyri-mümkündür.

Məxfi xidmətin sözçüsü Merilin Oqar keçirdiyi məbuat konfransında təhlükəsizlik qüvvələrinin verdiyi məlumatların doğruluğundan əmin olduğunu bildirib.

Dünən “Deyli Trust” qəzetinin ələ keçirdiyi 17 dəqiqəlik videoda Şekau olduğu iddia edilən kişi qaçırılan qızları təşkilatın həbs edilmiş üzvləri ilə dəyişdirmək istəyini bildirmişdi. Bundan başqa, videoda ələ keçirilən qızlardan bəzilərinin İslamı qəbul etdiyi iddia edilib.


Müəllif: