13 May 2014 17:10
613

Ukraynanın Luqansk vilayətinin qubernatoru, özünü “Luqansk Xalq Respublikası”nın lideri elan edən Valeri Bolotova sui-qəsd cəhdi olub.

Bu haqda qondarma respublikanın nümayəndəsi Vasili Nikitin məlumat yayıb: “O, yaralıdır, indi özəl klinikalardan birindədir. Yanına heç kəsi buraxmırlar”.

Qondarma respublikanın nümayəndəsinin sözlərinə görə, Valeri Bolotov çoxlu qan itirib. Ancaq vaxtında xəstəxanaya çatdırıldığından həyatı üçün təhlükə yoxdur./modern.az/


Müəllif: