13 May 2014 17:30
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bankrot olub.

“Axar.az” xəbər verir ki, belə bir iddia ilə jurnalist Ken Yebsen çıxış edib. Onun sözlərinə görə, Avropa Birliyinin sanksiyaları müzakirə olunmur və ancaq Birliyin rəhbərliyinə və Vladimir Putinə məlumdur.

“Putin bankrot olub. Başqa cür mən onun düşdüyü vəziyyəti təsvir edə bilmirəm. Onun “Putinin xəzinələri” adlandırılan adamları çoxdan sanksiyalara məruz qalıblar. Putinin sərvətlərinə həlledici zərbəni onun özünün fonunda daha sakit, təmkinli və özünü gözə soxmayan İsveçrənin prezidenti Didye Burkxalter vurdu. Rusiya aqresiyasının İsveçrənin ərazi və iqtisadi bütövlüyünü təhdid etdiyi ana qədər Didye Burkxalter Putinin pulqabısı hesab olunurdu. Burkxalterin D.Firtaş və R.Abramoviçi yaxından tanıyan rus biznesmen Gennadi Timçenko ilə normal münasibətləri var idi. Bu insanlar Putinin Avropadakı biznes dairələrinin əsas sifətləri sayılırdı. Dmirti Firtaşı dərhal götürdülər, Timçenko isə sanksiyalara məruz qaldı və İsveçrədəki milyard dollarlarla ölçülən aksiyalarını satdı. Sanksiyalara Krımın birləşdirilməsində az rol oynamayan və heç kimin tanımadığı biznesmenlər də məruz qaldı. Və bu da Rusiyaya milyardlarla dollara başa gəldi”, - deyə Yebsen bildirib.

Onun sözlərinə görə, Putinlə görüşü zamanı Burxqalter bildirib ki, bir daha rusiyalı biznes dairələrinə yaxın olan rus və Avropa şirkətləri ilə əməkdaşlıq etməyəcək və hər zaman onların hesablarını dondurmağa hazırdır: “Bu cür vəziyyət Putinin başına bütün Avropa və ABŞ-da da gəldi. Məhz bu görüşdən sonra Putin özünün şizofrenik “Malorossiya” planından əl çəkməyə məcbur oldu. Putin Ukraynanın şərqindəki vəziyyətə nəzarəti itirdi və o, artıq bankrot olmaq yolundadır".

Qeyd edək ki, əksər rus siyasətçiləri də Putinin vəziyyət üzərində nəzarəti itirdiyini etiraf edirlər.


Müəllif: