13 May 2014 17:36
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün Kiyevə gəlib.

Son 5-6 ay ərazində nazirin Ukraynaya üçüncü ziyarətidir.

Səfərin məqsədi Ukrayna böhranından diplomatik çıxış yolu tapmaq və ATƏT-in “Yol xəritəsi”ni müdafiə eləməkdir. Nazir bu planla da Ukrayna paytaxtına təşrif buyurub.

Plan 4 hissədən ibarətdir: tərəflərin zor tətbiqindən imtinası, tərksilah, milli dialoq və seçkilər. Almaniya XİN-in rəsmisi Martin Şefer bildirib ki, öz səfəri ilə Ştaynmayer ATƏT-in dəstəyi ilə mili “Dəyirmi Masa”nəı müdafiə edəcək. Milli dialoq ideyası “Yol xəritəsi”nin məhək daşı sayılır. Planla bağlı bütün tərəflər – Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi artıq öz müsbət rəylərini bildirib./musavat.com/


Müəllif: