13 May 2014 22:43
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ölümlə nəticələnən partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, qəza Manisanın Soma əyalətində özəl şirkətə aid kömür mədənində baş verib.

Partlayış baş verən vaxt şaxtada 580 fəhlə olub, onlardan 280 nəfəri şaxtanı tərk etməyi bacarıb.

Hadisə nəticəsində 20 nəfər ölüb. Onların hamısı tüstüdən zəhərlənib və aldıqları xəsarətlərdən dünyalarını dəyişib.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub.


Müəllif: