13 May 2014 23:29
485

Ukraynanın Kramatorsk şəhərində rusiyameyillilərlə baş vermiş döyüş zamanı 7 desant həlak olub.

Bu informasiyanı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Kramatorsk şəhərindən 20 km aralıda yerləşən Oktyabrsk kəndində 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi-desant bölümünə hücum edib.

“Terrorçular hərbçiləri minaatanlardan və avtomat silahdan atəşə tutub. Minaatanlardan açılan ilk atəş nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, 3 nəfər isə yaralanıb. Döyüş nəticəsində, ümumilikdə, 7 hərbçi dünyasını dəyişib, daha 8 nəfər isə yaralanıb”, - deyə MN-nin mətbuat xidməti bildirib.

Separatçılar arasında ölən və yaralananlar barədə məlumat verilmir./anspress/


Müəllif: