14 May 2014 10:30
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan mədəndə baş vermiş faciə ilə əlaqədər bütün səfərlərini təxirə salıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Manisanın Soma bölgəsindəki kömür mədənində baş verən partlayış bütün ölkəni yasa batırıb. 201 nəfərin öldüyü hadisədən sonra rəsmilər Somaya axın edib.

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan da jurnalistlərə verdiyi açıqlamada hadisə yerinə gedəcəyinin bildirib. Baş nazir bölgədə axtarış-xilasetmə əməliyyatının davam etdiyini və bölgələrdən də oraya əlavə briqadalar yönləndirilidyini deyib.

Qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün Albaniyaya rəsmi səfəri nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: