14 May 2014 10:49
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri İsmət Yılmaz Naxçıvana səfərini təxirə salıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Türkiyədə kömür mədənində partlayış baş verməsi nəticəsində 201 nəfərin dünyasını dəyişməsidir.

Qeyd edə ki, Türkiyə Müdafiə naziri İsmət Yılmazın Zakir Həsənovun dəvəti ilə 14-15 may tarixlərində Naxçıvana səfəri planlaşdırılmışdı. Türkiyəli nazirin səfər çərçivəsində bir sıra rəsmi şəxlərlə də görüşü nəzərdə tutulurdu.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: