14 May 2014 12:13
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezidenti Abdullah Gül mədən faciəsi ilə bağlı ölkədə səfərbəylik elan edib.

Teleqraf.com xəbər verir ki, Türkiyədə 201 nəfərin ölümünə səbəb olan mədən faciəsi bütün ölkəni yasa batırıb. Prezident Abdullah Gül özəl şirkətin işlətdiyi mədəndə baş verən faciə ilə bağlı Manisa şəhərinin valisi Abdürrəhman Savaş ilə telefon əlaqəsi qurub. Prezident olay zamanı köməksiz qalanların xilas edilməsi üçün dövlətin bütün imkanlarının səfərbər edilməsi barədə təlimat verib.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: