14 May 2014 12:15
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kömür şaxtasında baş verən və böyük faciəyə səbəb olan partlayışın görüntüləri üzə çıxıb. Təhlükəsizlik kamerası yerin altındakı dəhşəti anbaan lentə alıb.

Teleqraf.com xəbər verir ki, 200 nəfərin öldüyü Soma faciəsinin görüntülərində işçilərin can təlaşında olduğu görülür. Kadrlarda faciənin miqyası da əks olunub. Hazirda axtarış-xialsetmə əməliyyatı davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: