1 Fevral 2015 01:09
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ərəb Respublikasının prezidenti Əbdül Fəttah əs Sisi terrorizmə qarşı amansız müharibə elan etdiyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, Misirin hərbi qüvvələri Ali Şürasının Sinay yarımadasında baş verən terror hücumlarına həsr olunmuş iclasından sonra xalqa telemüraciətində ölkə başçısı bildirib ki, Misiri terrorla çox çətin və uzunmüddətli mübarizə qözləyir.

“Biz bu yolda ölkəmiz və bütün reqion naminə hər bir çətinliyə hazırıq”,- deyən Misir prezidenti qeyd edib ki, ölkəsi dünyanın ən təhlükəli məxfi təşkilatı ilə qarşılaşıb və müqavimət qöstərmək çox çətin olsa da, misirlilər öz mənəvi qücü ilə buna son qoymaq iqtidarındadırlar. “Mən haziram ki, məni öldürəcəklər, amma biz Sinayı və Misiri qoruyub saxlayacayıq”- deyən ölkə başçısi bu yoldan dönməyəcəyini xüsusilə qeyd edib.

Qeyd edək ki, Misirin Sinay yarımadasında yanvarın 29-da hərbi posta terrorçular tərəfindən hücum edilib. Nəticədə onlarla insan həlak olub və yaralanıb. Hadisə ilə əlaqədar Misir prezidenti Əbdül Fəttah əs Sisi Efiopiya səfərini yarımçıq qoyaraq vətəninə dönüb.

Misir prezidenti Suyes kanalının şərqində Vahid komandanlıgın yaradılması barədə fərman imzalayıb. Terrorizmə qarşı mübarizə məqsədilə yaradılan bu quruma qeneral-mayor Üsama Əskər başçılıq edəcək.


Müəllif: