2 Fevral 2015 06:40
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin bir neçə qərb əyalətində baş verən güclü qasırğa nəticəsində, ən azı, 5 insan həlak olub və 111 nəfər isə yaralanıb.

Hadisə nəticəsində 300 evin damı uçub 100-dən çox avtomobilə zərər dəyib. Teleqraf.com-un məlumatına görə, bu barədə Anadolu agentliyi informasiya yayıb.

“RİA Novosti”nin məlumatına görə, həlak olanlardan 2 nəfəri Balıkesir əyalətində öz evlərinin dağılmış damları altında qalıblar.

“Turkish Airlines” aviaşirkəti 65 daxili və 59 beynəlxalq reys pis hava şəraitinə görə ləğv etməli olub.

İstanbulda fırtına nəticəsində Avropa və Asiya hissələrinin arasında qalan bərə həyəcan siqnalı nətixcəsində xilas edilib. Elektrik xətlərinin qırılması, dirəklərin aşması nəticəsində bir çox evlər işıqsız, enerjisiz qalıb.

Bazar ertəsi gecəsi paytaxt Ankarada da külək kəskin şəkildə güclənib. Zərərçəkənlər və dağıntılar barədə hələ ki, informasiyalar yoxdur.

Nail Cəlil


Müəllif: