2 Fevral 2015 08:37
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Respublikasında "Hərbi vəziyyət haqqında" Qanuna maraqlı düzəliş edilib. Yeni əlavələrə görə, ölkə ərazisinə "yaşıl adamcığazlar" adlandırılan başqa dövlətin hərbçilərinin daxil olması və onların hər hansı fəaliyyəti qadağan edilir.

Diqqəti çəkən odur ki, müvafiq məqamlar artıq müvafiq qanunun müqəddiməsində də öz əksini tapıb.

Teleqraf.com xəbər verir ki, qanuna düzəlişlərə əsasən, Belarus Respublikasında hərbi vəziyyət istənilən an elan edilə bilər.

Başqa dövlətə aid və ya yad ölkənin himayə etdiyi istənilən silahlı dəstələrin, qeyri-nizami güclərin, muzdluların və ya nizami qoşunların bölmələrinin ölkənin ərazisinə daxil olması halında bu, qaçılmaz olacaq.

Beləliklə, Belarusda qanunvericilərin Krımın zəbt edilməsi təcrübəsini nəzərə aldıqları aşkar görünür. Xatırladaq ki, muxtar respublikanın ilhaqı ərəfəsində onun ərazisində silahlı"yaşıl adamcığazlar" hərəkət edirdilər. Sonradan onların fərqləndirici nişanlardan istifadə etməyən Rusiya hərbçisi olduqları müəyyənləşmişdi.

Nail Cəlil


Müəllif: