2 Fevral 2015 10:03
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda minlərlə insan hökumətin Rusiyaya yaxınlaşma siyasətinə etiraz olaraq, küçələrə axışıb.

Teleqraf.com-un məlumatına görə, nümayişçilər Viktor Orbanın rəhbərlik etdiyi yeni solçu hökumətin anti-Avropa xətti seçməsini pisləyiblər.

Ölkənin paytaxtı Budapeştdə macar parlamentinin binası qarşısında toplanan etirazçılar hökumətin Rusiya meylli siyasətdən geri çəkilməsini və Avropa İttifaqının prinsiplərinə sadiqlik nümayiş etdirməsini tələb ediblər.

Etiraz nümayişi Almaniyanın federal kansleri Anqela Merkelin ölkəyə rəsmi səfərinin gedişi zamanı keçirilib. Xatırladaq ki, 2 həftə sonra Rusiya prezidenti Vladimir Putin də Macarıstana səfər edəcək.

Nail Cəlil


Müəllif: