2 Fevral 2015 10:33
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “The Economist” jurnalının 2015-ci ildə dünya şəhərlərinin təhlükəsizliyi üzrə illik reytinqini dərc edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik indeksi 30 göstərici əsasında hazırlanıb. Bu göstəricilər insan təhlükəsizliyini rəqəmsal sahədə, səhiyyə, infrastruktur və şəxsi təhlükəsizlik sahələrində müəyyən edir. Bu il təhlükəsizliyin səviyyəsi üzrə 50 ölkə arasında Yaponiyanın Tokio şəhəri lider olub. Beşliyə həmçinin Sinqapur (Sinqapur), Osaka (Yaponiya), Stokholm (İsveç) və Amsterdam (Niderland) daxil edilib.

Qeyd edək ki, hesabatın hazırlanmasında beynəlxalq və milli statistika institutlarının, eləcə də ekspert təşkilatlarının məlumatlarından istifadə olunub. Tədqiqatın pilot buraxılışında dünyanın 50 iri şəhərinin müqayisəli təhlili təqdim edilib.

Rüstəm


Müəllif: