2 Fevral 2015 10:36

Honq Konqda daha bir etiraz dalğası baş qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayiş ötən ilin sonunda şəhərin bir çox hissəsini iflic vəziyyətinə salan aksiyalardan sonra ilk dəfə keçirilir. Təşkilatçılar aksiyanın dinc keçiriləcəyini bildirib. Nümayiş zamanı heç bir qarşıdurma halları qeydə alınmayıb.

Aksiya iştirakçıları Honq Konqun icra hakimiyyətinin başçısı Leunq Çan Yingin istefasını və Pekinin 2017-ci il seçkilərinə namizədlərin yoxlanılması qərarının ləğvini tələb edib. Aksiya minlərlər polis işçisinin müşahidəsi altında təşkil edilib.

Samir


Müəllif: