2 Fevral 2015 10:43
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Ağ Evə qanunsuz daxil olan şəxsi saxlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ məxfi xidmətinin nümayəndəsi Brayn Liri məlumat verib. Onun sözlərinə görə, cinayətkar binaya velosiped dayanacağından daxil olub.

Hadisədən sonra Ağ Evin ətrafında olan bütün velosiped dayanacaqları yığışdırılıb.

Şübhəlinin hansı səbəbdən binaya daxil olduğu məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif: