2 Fevral 2015 12:45
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və onun xanımı Maki Çiçuanın oğlan övladı olub.

Prezident yeni doğulan oğluna babasının şərəfinə Teymuraz adını qoyub. Yeni doğulan körpənin çəkisi 3,6 kiloqram, boyu isə 50 santimetrdir.

Qeyd edək ki, ötəm ilin sentyabr ayının 10-da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmi nikaha girib. G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayıblar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.

AzVision.az prezident və xanımının fotolarını sizə təqdim edir:


Müəllif: