2 Fevral 2015 17:49
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

“YouGov” Beynəlxalq Tədqiqat Şirkəti dünyanın ən nüfuzlu insanların reytinq siyahısını dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda birinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bil Qeyts qərarlaşıb.

İlk üçlüyü ABŞ prezidenti Barak Obama və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Szinpin tamamlayır. Aktyor Cek Çan, Hindistanın baş naziri Narendra Modi, Roma Papası Fransısk, buddistlərin lideri Dalay Lama, "Ali BabaGroup" şirkətinin rəhbəri Cek Ma, məhşur astrofizik Stiven Xokinq və futbolçu Devid Bekhem ilk onluqdadır.

Rusiya prezidenti Vladimir Putin siyahıda 11-ci yerdədir. O, yalnız Rusiyanın milli reytinqində kişilərin siyahısına başçılıq edir.


Müəllif: