2 Fevral 2015 17:30
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində bəzi ərazilərə nəzarət edən rus separatçıları əli silah tutan bütün gənclərin orduya çağırılacağını bildirib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, separatçılar verdiyi bəyanatda ordunun bölgədəki gücünü artırmağa çalışdıqlarını açıqlayıblar. Onlar bununla tərədarlarının sayının 100 minə çatacağına ümid edirlər.

Bu arada verilən açıqlamada gecə saatlarında separaçıların etdiyi qəfil hücum nəticəsində Ukrayna ordusunun Debaltseva rayonunda 15 yaşayış məntəqəsində nəzarəti itirdiyi qeyd edilib.

Samir


Müəllif: