2 Fevral 2015 18:53
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Meratx şəhərində yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzindən 91 uşaq qaçıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra axtarışa başlayan polis 43 uşağı taparaq, mərkəzə təhvil verib. Hazırda təhlükəsizlik işçiləri bütün avtobus dayancaqları və qatar stansiyalarında axtarışlar aparırlar.

Rəsmilər uşaqların paltarlardan düzəltdikləri kəndirlə hündür hasarı aşaraq, qaçdıqlarını bildiriblər.

Fakla bağlı iki mühafizəçi işdən azad edilib.

Samir


Müəllif: