3 Fevral 2015 02:16

Suriyada hökumət qüvvələrinin üsyançıların nəzarəti altında olan şəhərlərə hava zərbələri endirməsi nəticəsində 44 nəfər ölüb.

Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, təkcə Deraa əyalətində 16 dinc sakin, Dəməşq yaxınlığındakı Duma şəhərində isə azı 10 nəfər həlak olub.

Daha 15 nəfər ölkənin şimal-qərbindəki Xan-Şeyxun yaşayış məntəqəsində hava zərbələrinin qurbanı olub. Onlarla mülki şəxsin yaralandığı bildirilir.


Müəllif: