3 Fevral 2015 07:33
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada iri ticarət mərkəzində baş vermiş partlayış yanğına və ağır fəsadlara səbəb olub. Belə ki, Pert şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, azı 9 nəfər xəsarət alıb.

Teleqraf.com-un "Gazeta.ru”-ya istinadən məlumatına görə, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

İlkin mülahizələrə görə, ticarət mərkəzində transformatorun partladığı ehtimal olunur. Partlayışdan sonra yanğın başlayıb. Yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası cəlb edilib.


Müəllif: