3 Fevral 2015 08:59
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada 2 kamikadze qadın prezident Qudlak Conatanın çıxış etdiyi stadionun yaxınlığında özünü partladıb.

Qombe şəhərində seçki kampaniyasında iştirak edən prezident çıxışını qurtarıb stadionu tərk edəndən təxminən 1 saat sonra partlayışlar baş verib.

Kamikadzelərdən əlavə 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb.

Qeyd edək ki, Qambe "Boko Haram" radikal islamçı qrupunun fəal olduğu bölgələrdəndir. Lakin hələ partlayışları heç kəs üzərinə götürməyib./anspress/


Müəllif: