14 May 2014 16:18
442

ABŞ Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Cen Psaki müstəqil kütləvi informasiya vasitələrinə edilən təzyiqlərdən danışıb.

Teleqraf.com xəbər verir ki, C. Psaki açıq və demokratik cəmiyyətlərin təməl ünsürü olan müstəqil medianın qarşısını alan hər cür hərəkətlərdən narahat olduğunu bildirib.

Gündəlik mətbuat konfransında KİV haqqında Qanunla bağlı sualları cavablandıran Psaki, "Türkiyədə mətbuat azadlığının təmin edilməsi və ictimaiyyətin hər hansı bir maneə olmadan məlumatı almasına icazə verilməsini tövsiyə edirik. Müstəqil və təzyiqə məruz qalmayan media, açıq və demokratik cəmiyyətlərin təməl göstəricisidir. Bunlara maneə təşkil edəcək hər cür cəhd bizim üçün narahatlıq doğurur ", - deyə, qeyd edib.

Ülviyyə


Müəllif: