4 Fevral 2015 13:31
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belqorod vilayətində mikroavtobusla yük maşını toqquşub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hadisə zamanı 11 nəfər həlak olub. Ölənlər arasında Ukrayna vətəndaşları üstünlük təşkil edir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, yerli vaxtla səhər 7:00-da baş verən qəzada 3 nəfər də ağır xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.

Samir


Müəllif: