4 Fevral 2015 13:38
470

Ukrayna ordusunun artilleriya hücumu zamanı separatçıların hərbi batareyası məhv edilib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, hücumlar zamanı 3 separatçı öldürülüb.

Timçuk son 3 gündə keçirilən əməliyyatlar zamanı 51 rus separatçısının həyatını itirdiyini qeyd edib.

Samir


Müəllif: