5 Fevral 2015 03:17
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də ABŞ-ın dövlət katibi Con Kerri Ukraynaya səfərə gələcək. Ağ Ev rəsmisinin Kiyevdə bir sıra mühüm görüşlər keçirəcəyi gözlənilir.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən məlumatına görə, səfər çərçivəsində Kerri Ukrayna prezidenti Petro Poroşenko, baş nazir Arseniy Yatsenyuk və xarici işlər naziri Pavel Klimkinlə görüşəcək.

Həmçinin dövlət katibinin Ali Radanın deputatları ilə də görüşü nəzərdə tutulub. Səfərdə məqsəd Donbasda vəziyyətin gərginləşdiyi fonunda Ukraynaya dəstək nümayiş etdirməkdir.


Müəllif: