5 Fevral 2015 08:43

Somalidə ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri məhv edilib.

Teleqraf.com-un “Bloomberg” agentliyinə istinadən istinadən verdiyi xəbərə görə, Abdi Nur Mahdi qruplaşmanın partlayıcı maddələr üzrə mütəxəssisi olub.

Hava zərbəsinin Somalinin cənubundakı Dinsur şəhərində endirildiyi bildirilir. Hücum zamanı Abdi Nur Mahdidən başqa bir neçə silahlı da öldürülüb.

Xatırladaq ki, son müddət ərzində ABŞ-ın pilotsuz təyyarələri “Əş-Şəbab”ın lideri Abdi Qodanı və qruplaşmasının kəşfiyyat rəhbəri Abdişakur Taxlili məhv edib.


Müəllif: