14 May 2014 18:06
686

Məşhur müğənni Tarkan mədən qəzası ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Tarkan sosial şəbəkədə Türkiyənin Manisa şəhərinin Soma bölgəsində 232 nəfərin öldüyü mədən qəzasından böyük üzüntü duyduğunu dilə gətirib:

"Dünən konsertimdən sonra xəbərdar olduğum Soma faciəsindən böyük qəhər hissi keçirdim. Bu faciədə həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı, yaralılara isə şəfa diləyirəm".

Daha sonra Tarkan qeyd edib ki, illərdir mədəndə işləyən fəhlələrin yaralandığına və həyatlarını itirdiklərinə üzülərək şahid oluruq: "İnsan həyatı və əməyinin dəyərinin az olduğu ölkəmizdə bir daha bu cür facilərin yaşanmaması üçün lazımi tədbirlərin görülməsini arzu edirəm. Faciədən sonra möcüzə gözələmək əvəzinə qəzalara qarşı təbdirlər görülməli və bu facilərin qarşısı alınmalıdır".

Dəniz Əliyeva


Müəllif: