5 Fevral 2015 09:33
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanda TransAsia Hava Yollarına məxsus sərnişin təyyarəsinin dünən çaya düşməsi nəticəsində həyatını itirənlərin sayı 31-ə yüksəlib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, rəsmilər hadisə zamanı 17 nəfərin yaralı olaraq xilas edildiyini, 12 sərnişinin isə itkin düşdüyünü bildiriblər. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, paytaxt Taybey yaxınlığında körpüyə çırpılaraq, Keelunq çayına düşən təyyarədə 53 sərnişin və 5 ekipaj üzvü olub.

Samir


Müəllif: