5 Fevral 2015 14:35
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Ermənistanın müxtəlif bölgələrində, eləcə də İrəvanda izdihamlı mitinqlər keçiriləcək.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan bəyan edib. Onun sözlərinə görə, ölkədə siyasi inhisarçılıq aradan qaldırılmalıdır: “Ermənistan hakimiyyətinə yeni keyfiyyət lazımdır, yeni savadlı şəxslər lazımdır. Mən belə namizədləri dəstəkləməyə hazır olduğumuzu bəyan edirəm. Savadlı mütəxəssisləri, Ermənistanda və onun hüdudlarından kənarda yaşayan erməniləri mövcud hakimiyyətin alternativinin formalaşması üçün birləşməyə dəvət edirəm”.

“Çiçəklənən Ermənistanın” lideri qeyd edib ki, onun üçün Ermənistanın düşməni yoxdur, yaxşı və ya pis siyasi qüvvə mövcud deyil: “Çünki yaranmış vəziyyətdə hakim partiya istisna olmaqla, bütün siyasi qüvvələr özlərini oyundan kənarda hiss edir və hakimiyyətin yanaşması dəyişməlidir, digər siyasi qüvvələrə də hakimiyyətdə olmaq imkanı verilməlidir”.

Samir


Müəllif: