6 Fevral 2015 11:14
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada pis hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmilər gecə ərzində paytaxt Madridə yarım metrə yaxın qarın yağdığını, ölkədəki bütün yollarda hərəkətin iflic olduğunu bildiriblər. Xəstəxanadan verilən məlumata görə, sutka ərzində donvurma nəticəsində müraciət edənlərin sayında kəskin artım müşahidə olunub.

Hidrometroloqlar isə bu cür hava şəraitinin hələ bir neçə gün də davam edəcəyini qeyd ediblər.

Samir


Müəllif: