6 Fevral 2015 21:18
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya, Almaniya və Fransa liderlərinin görüşü başlayıb.

APA-nın məlumatına görə, Kremldə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti fransual Olland Ukraynadakı vəziyyəti müzakirə edirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ölkə başçıları arasında danışıqların üçlü formatda, nümayəndə heyətinin və hər hansı bir ekspertin iştirakı olmadan keçirildiyini bildirib.

Qeyd edək ki, Moskvaya səfərdən öncə Fransa və Almaniya liderləri Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüblər.


Müəllif: