7 Fevral 2015 03:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Mənim otağımı qulaq asanlardan iki dənəsi Rumıniyada yaxalandı. Bundan əvvəl onların Türkiyəyə qaytarılmasını istədik. Arzu edirəm ki, ən qısa zamanda ekstradisiya baş versin. Tam bir şəbəkə" deyib.

Teleqraf.com TRT Haber portalına istinadan məlumat verir ki, Ərdoğan, Bursa Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunan və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi axşam yeməyində çıxışında Türkiyənin böyüməsindən, inkişafından və güclənməsindən narahat olanların olduğunu bildirərək "İçəridə də narahat olanlar var, kənarda da narahat olanlar var. Bunu xüsusilə bilməyinizi istəyirəm" söyləyib.


Müəllif: