7 Fevral 2015 07:09
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD” zəbt etdiyi ərazilərdə bir neçə nəfəri diri-diri yandırmaqla növbəti dəhşəti qətliam törədib. Belə ki, bu terror qruplaşması İraqın Anbar vilayətində 3 nəfəri edam edib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular casusluqda günahlandırılan şəxsləri camaatın gözü qarşısında diri-diri yandırıblar.

Edam edilənlər İraqın təhlükəsizlik qüvvələrinə qruplaşmaya dair məlumatların ötürülməsində təqsirli biliniblər.

Fevralın 3-də “İŞİD” əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrlar yaymışdı. İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunmuşdu.


Müəllif: